SLOVENİYA YAYIMÇI KANALI: AVROVİZİYADAN ÇƏKİLMƏYİ DÜŞÜNDÜK

Sloveniya yayımçı kanalı RTVSLO Avroviziya 2023-ə iştirakını təsdiqləməzdən əvvəl müsabiqədən ayrılmaq barədə düşündüyünü açıqlayıb.

RTVSLO proqram şurasının üzvü Alenka Qotar bununla bağlı açıqlama verib:

“Yay aylarında RTVSLO rəhbərliyi daha Avroviziyada iştirak etməməyi düşünürdü. Mən kanalla tez əlaqəyə keçdim və bu müsabiqənin ölkə üçün o qədərdə önəm kəsb etmədiyini söylədim. Bu müsabiqə bizdən çox şey alır, amma nəsə vermir.”

Lakin hal-hazırda isə ölkə Avroviziya 2023-ə qatılmaq üçün ərizəsini Avropa Yayım Birliyinə təqdim edib.

Qeyd edək ki, ölkəni keçən müsabiqədə LPS qrupu “Disko” adlı mahnısı ilə təmsil etmiş və nəticədə yarımfinalda sonuncu olaraq finala vəsiqə qazana bilməmişdi.

YouTube player

Leave a Reply