VIDBIR 2022 METRODA KEÇİRİLƏCƏK

“Muzvar.ua” saytı Ukraynanın Avroviziya 2023 mahnı müsabiqəsi üçün milli seçim turu ilə bağlı ilkin təfərrüatları açıqlayıb.

10 mahnının iştirak edecəyi milli final dekabr ayında ölkənin paytaxtı Kiyev şəhərində yerləşən bir metroda keçiriləcək. Davam edən müharibənin telefon əlaqələrinə vurduğu zərərlər nəzərə alınaraq xalq səsverməsi “Diaa” adlı mobil tətbiq vasitəsilə həyata keçiriləcək.

Səsvermədəki digər bir fərqlilik isə milli seçim turunun münsiflər heyəti onlayn səsvermə ilə xalq tərəfindən müəyyən ediləcək.

Onu da xatırladaq ki, seçim turu üçün mahnı qəbulunun 10 oktyabr tarixində yekunlaşması planlaşdırılır.

Leave a Reply