Polşanın Uşaq Avroviziya 2022 mahnı müsabiqəsində təmsilçisi və mahnısını seçəcəyi Szansa na Sukces davam edir.
İkinci yarımfinalda da digər yarımfinalda olduğu kimi yeddi müğənni iştirak edib. Münsiflər heyətində isə, Viki Gabor (2019 Uşaq Avroviziya mahnı müsabiqəsinin qalibi) Lanberry (Polşanın 2018 və 2019 Uşaq Avroviziya mahnıların bəstəkarı), Marek Sierocki (Polşanın JESC şərhçisi) olub.
Bu yarımfinalın mövzusu “Polşa Uşaq Avroviziya mahnı müsabiqəsində” olub və “Moj Dom” ( JESC 2017) mahnısını ifa edən Aleksander Malag finala vəsiqə qazanıb.
Növbəti yarımfinal 18 sentyabr tarixində baş tutacaq. Bu turda son finalist təyin olunacaq. Müsabiqənin finalı isə 25 sentyabr tarixində keçiriləcək. Final mərhələsində ölkəni təmsil edəcək müğənni ilə yanaşı, onun ifa edəcəyi mahnı da seçiləcək.
İkinci yarımfinaldakı bütün çıxışları isə aşağıdakı linkdən izləyə bilərsiniz.