Niderlandın Avroviziya 2019 mahnı müsabiqəsində qələbəsinin “memarı” Ilse Delange solo olaraq müsabiqədə iştirak etmək istəmədiyini bildirib.
“Mezza” jurnalına müsahibə verən Ilse, Avroviziya və gələcək planlarından bəhs edib. O, artıq müsabiqə də solo müğənni kimi yox, məsləhətçi kimi fəaliyyət göstərəcəyini bildirib.
“Mən Avroviziyada bir istedada yoldaşlıq etmək istəyirəm. Səhnədə olmaq bunun yanında heç nədir”
Ilse 2019-da Duncan-ı müşayiət etməyin əla bir hiss olduğunu da əlavə edib. “Onun çıxışı mükəmməlləşdirmək çətin idi. Hər şeyi fikirləşə bilirdik. Amma biz bu işi idarə edənlərdən asılı idik. Ən sonunda istədiyimizin cəmi 75 faizini reallaşdıra bildik”.
Xatırladaq ki, Ilse Delange “The Common Linnets” qrupunun tərkibində ölkəni Avroviziya 2014 mahnı müsabiqəsində təmsil edib 2-ci olmuşdur.