Avroviziyanın ilk iştirakçı ölkələrindən biri olan Monako gələn il Birləşmiş Krallıqda baş tutacaq Avroviziya mahnı müsabiqəsində iştirakı ilə bağlı məlumatı ictimaiyyətə təqdim edib.
Son dəfə 2006-cı ildə müsabiqədə iştirak edən ölkə 2023-cü ildə də müsabiqədə iştirak etməyəcək.
Qeyd edək ki, ölkə bugünədək 24 dəfə müsabiqədə iştirak edib. 1959-cu ildən müsabiqəyə qoşulub və 1971-ci ildə qələbə qazanıb.