Estoniya milli finalı “Eesti Laul 2023”-ün keçiriləcəyi tarixlər və digər əsas məqamlar bəlli olub.
Xatırladaq ki, keçən müsabiqədə ələmə turlar təşkil olunmuşdu və ələmələrdən keçən müğənnilər yarımfinallarda yarışırdı.
Bu il bu ələmə turlar təşkil olunmayacaq. Mahnı qəbulu 20 oktyabra qədər davam edəcək. Noyabr ayında isə yarımfinalistlər ictimaiyyətə açıqlanacaq.
Milli final 2 yarımfinal və finaldan ibarət olacaq:
• 1-ci Yarımfinal – 12 Yanvar;
• 2-ci Yarımfinal – 14 Yanvar
• Final – 11 Fevral;
Qeyd edək ki, ölkəni Avroviziya 2022-də erməni əsilli müğənni Stefan “Hope” adlı mahnısı ilə təmsil etmiş və nəticədə 141 xalla 13-cü olmuşdu.