Bildiyiniz kimi artıq bir neçə ildir ki, müxtəlif ölkələr Avroviziya təmsilçisi üçün mahnı yazma düşərgələri təşkil edir.
Tərkibində musiqi bəstəkarı və söz yazarlarının yer aldığı bu düşərgələrdə iştirak edən şəxslər ölkəni müsabiqədə təmsil edəcək şəxsə özəl mahnı ərsəyə gətirir. Bəzən bir neçə mahnı hazırlanır və içindən səsvermə əsasında artistə ən uyğun görülən və bəyənilən mahnı seçilir.
Bu dəfə bu üsuldan istifadə edəcək ölkə isə İsraildir. Ölkəni 2023-cü ildə təmsil edəcək Noa Kirel üçün yayımçı kanal xüsusi hazırlıq görür. Noa Kirelin də fəal olaraq iştirak edəcəyi düşərgədə bir sıra tanınmış bəstəkarlar müğənni üçün mahnı hazırlayacaq.