İSPANİYANIN AVROVİZİYA TƏMSİLÇİSİ 4 FEVRAL BƏLLİ OLACAQ – MİLLİ FİNAL DETALLARI

Xüsusən son illərdə əldə olunan pis nəticələrdən sonra bu il baş tutan Avroviziya mahnı müsabiqəsində 3-cü olan İspaniya uğurun səbəbini milli final Benidorm Fest-də görür.

Sözügedən milli final nəticəsinə əsasən Chanel ölkəni təmsil etmiş və böyük finalda 459 xal toplayaraq 3-cü olmuşdur. Yayımçı kanal buna görə də təkrar Benidorm Fest keçirmək qərarına gəlib.

YouTube player

Milli finalın qaydalarına əsasən 2 yarımfinal baş tutacaq və hər yarımfinalda 8 namizəd yarışacaq. Onlardan hər yarımfinal üzrə sadəcə 4-ü finala vəsiqə qazanacaq. Sonda hər yarımfinaldan 4-ü olmaqla ümumilikdə 8 namizəd qələbə uğrunda mübarizə aparacaq. Qalib gələn şəxs ölkəni 2023-cü ilin may ayında Birləşmiş Krallıqda təmsil edəcək.

Qeyd edək ki, milli finalın nəticələrinin 50 faizini yerli münsiflər, 25 faizini xarici münsiflər, 25 faizini isə izləyicilər təyin edəcək. İlk yarımfinal 31 yanvar, ikinci yarımfinal 2 fevral, final isə 4 fevral tarixlərində baş tutacaq.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading