Avroviziya mahnı müsabiqəsinin ən əsas məsələlərindən biri də heç şüphəsiz ki, müsabiqənin baş tutduğu arenda qurulan səhnədir. Müsabiqədə böyük rol oynayan səhnə və işıqlar daim xüsusi diqqətlə seçilir.
Bu il baş tutan müsabiqədə isə İtaliya ev sahibi olaraq Avroviziya izləyicilərini bu mövzuda bir qədər mənfi mənada təəccübləndirdi. İtalyan dizayner Francesca Montinaro tərəfindən ərsəyə gələn səhnədə əsas mesaj günəş idi. Səhnədə günəşə bənzər bir ekran quruldu və bu günəş iştirakçıların hazırladığı səhnə quruluşuna görə hərəkət edəcəkdi. Lakin texniki problemlərdən dolayı müsabiqənin hələ məşqləri zamanı səhnənin günəşi adlanan hissə sıradan çıxdı. Bunun nəticəsində isə iştirakçı ölkələr səhnə xareoqrafiyasında çıxışlara bir neçə gün qalmış dəyişiklik etməli oldu. Buna görə də yayımçı kanal RAI-ni günahlandırdı.
Avroviziyanı yaxından izləyənlərin tanıdığı məşhur səhnə dizayneri Florian Wieder Avroviziya sonrası bu məsələ ilə bağlı öz fikirlərini bölüşüb:
“2022-də yaşananlar tam bir biyabırçılıq idi. Bu insanların bir B planı yox idi? Asandırmı 40 ölkənin nümayəndə heyətinə “işləmir” demək? Ölkələr o günəş üçün RAI-yə minlərcə avro əlavə ödənişlər etmişdi. Aylarca bəzi ölkələr o günəş üzərində öz performanslarını qurmuşdular.
Hamı bilir ki, mənim komandamın hər zaman bir B planı vardır. Əgər 2022-də səhnəni mən dizayn etsə idim B planına ehtiyac belə qalmazdı. Ümidvaram BBC məntiqli qərar verər və mənimlə çalışar.”
Qeyd edək ki, Florian Bakıda keçirilən müsabiqə daxil olmaqla 7 dəfə 2021, 2019, 2018, 2017, 2015, 2012 və 2011-ci illərdə səhnələrin dizaynından məsuliyyətli şəxs olmuşdur.