Avstraliyanı Avroviziya 2022 mahnı müsabiqəsində təmsil edən Sheldon Riley müsabiqə sonrası ilk dəfə Avroviziyadan danışıb.
“Not The Same” mahnısı ilə yarışaraq finalda 15-ci olmağı bacaran Sheldon ona ünvanlanan Avroviziya ilə əlaqəli sualı belə cavablayıb:
“Həyatımdakı heç bir şey o səhnəyə çıxdığım hissləri mənə yenidən yaşada bilməz. Həmin hisslər heç bir duyğu ilə yarışa bilməz. Bir zamanlar sadəcə televiziya arxasından izlədiyim müsabiqənin bir parçası oldum və bunu etdiyimə hələ də inana bilmirəm. Hər zaman o səhnədən öz mesajımı milyonlara çatdırmaq istəmişdim və bunu etdiyim üçün artıq hər gün şükür edirəm. Mən ən başda da demişdim. Mənim üçün önəmli olan ora çıxıb mesajımı vermək idi. Mən xəyalımı gerçəkləşdirdim və artıq çox xoşbəxtəm.”