Gələn Birləşmiş Krallıqda baş tutacaq Avroviziya mahnı müsabiqəsində iştirakını təsdiq edən növbəti ölkə Serbiya oldu.
Bu il baş tutan müsabiqədə 312 xal toplayaraq 5-ci olan ölkə növbəti il üçün də yüksək nəticə göstərməkdə iddialıdır. Yayımçı kanal açıqlama edərək ölkəni gələn il təmsil edəcək şəxsi milli final vasitəsilə seçəcəyini bildirib.
2007-ci ildən bəri müsabiqəyə qatılan və həmin ildən bəridir “Beovizija”, “Beosong” və “Pesma za Evroviziju” kimi 3 fərqli formatda milli final ilə təmsilçisini seçən ölkə bu dəfə hansı formatda milli final edəcəyini hələ ki, açıqlamayıb.
Milli final üçün 15 noyabradək mahnı qəbulunu açan yayımçı kanal RTS detallı məlumatı yaxın günlərdə açıqlayacaq.