İtaliyanın məşhur Sanremo festivalı hər il olduğu kimi 2023 üçün də artıq ifaçıların qəbuluna başlayıb. Avroviziya mahnı müsabiqəsinin yaranma səbəbi olan festivalın gələn il üçün iştirak edəcək namizədləri hələ ki, bəlli olmasa da internetdə mümkün namizədlərin adları yayılmağa başlayıb.
Daha öncədən Avroviziyada İtaliyanı təmsil etmiş Diodato və Nina Zilli kimi artistlərin yer aldığı siyahıda keçmiş festival iştirakçıları da mövcuddur:
- Diodato
- Pinguini Tattici Nucleari
- Modà
- Boomdabash
- Elodie
- Madame
- Margherita Vicario
- Mara Sattei
- Ariete
- Nina Zilli
- Chiara Galiazzo
- Enrico Nigiotti
- Albano
- Ivana Spagna
- Marcella Bella
- Fausto Leali
- Anna Oxa
- Gianluca Grignani
- Emma
- Michele Bravi
- Aka 7even
- Tananai
- Alessandra Amoroso
- Marco Mengoni
- Biagio Antonacci
- Giorgia
- Tiziano Ferro
- Arisa
- Annalisa
- Levante
- Paola Turci
- Malika Ayane
Qeyd edək ki, artislərin siyahısı hələ rəsmi olaraq təqdim edilməyib. Festival 7-11 fevral tarixlərində baş tutacaq. Qaydalara əsasən qalib gəlmiş şəxsə Avroviziyada iştirak hüququ veriləcək və ifaçı istəkdən asılı olaraq razılaşaraq müsabiqədə İtaliyanı təmsil etmək hüququna malik olacaq.