SAN-MARİNO TƏMSİLÇİSİ VƏ MAHNISINI MİLLİ SEÇİM TURU VASİTƏSİLƏ SEÇƏCƏK

San-Marino təmsilçisi və mahnısını yenidən “Una Voce per San Marino” adlı milli finalı vasitəsilə seçəcək.

Yayımçı kanal SMRTV milli finalın 25 yanvar tarixində San-Marinoda, “Teatro Nuevo”-da baş tutacağını açıqlayıb. Yayımçı kanal bununla yanaşı qaydalarda da, dəyişikliklər edib.

Belə ki, keçən il San-Marinonun seçim turunda iştirak edən məşhur müğənnilər (“Big Artists”) kastinqlərdə iştirak etməli idilər. Artıq bu ildən onlar birbaşa yarımfinallarda iştirak edəcəklər.

Seçim turu kastinqlərdən, üç yarımfinal və finaldan ibarət olacaq. Kastinqlərdən yarımfinallara ümumilikdə 60 iştirakçı vəsiqə qazanacaq.

Xatırladaq ki, seçim turunda iştirak etmək istəyən müğənnilər 29 Sentyabr tarixinədək 100 avro, həmin tarixdən sonra 150 avro ödəməli olacaqlar. San-Marino vətəndaşları isə, 50 avro ödəməlidirlər.

Leave a Reply