“SZANSA NA SUKCES”-İN İLK YARIMFİNALI BAŞA ÇATDI

Polşanın Uşaq Avroviziya 2022 mahnı müsabiqəsində təmsilçisini seçəcəyi “Szansa na sukces”-in ilk yarımfinalı başa çatdı.

Artıq 2019-cu ildən bəri Polşanın Uşaq Avroviziya təmsilçisini seçdiyi “Szansa na sukces” həmişə olduğu kimi üç yarımfinal və finaldan ibarət olacaq. Hər il olduğu kimi hər yarımfinalda 7 müğənni iştirak edəcək.

“Szansa na sukces”-in bu həftəki münsifləri Cleo (Avroviziya 2014), Sara James (Uşaq Avroviziya 2021), Marek Sierocki (Polşanın Avroviziya şərhçisi) olub.

İlk yarımfinalın mövzusu “Dünya hitləri” olub. Yeddi müğənnidən Laura Bączkiewicz və Natalia Smaś finala vəsiqə qazanıb.

Növbəti yarımfinal isə, 11 sentyabrda baş tutacaq. İkinci yarımfinalın mövzusu “Polşa Uşaq Avroviziya mahnı müsabiqəsində” olacaq. Münsiflər heyətində isə, Viki Gabor (2019 Uşaq Avroviziya mahnı müsabiqəsinin qalibi) və Lanberry (Polşanın 2018 və 2019 Uşaq Avroviziya mahnıların bəstəkarı) olacaq.

Birinci yarımfinaldakı çıxışları isə, aşağıdakı videoda izləyə bilərsiniz.

YouTube player

Leave a Reply