BELÇİKA TƏMSİLÇİSİNİ MİLLİ SEÇİM TURU VASİTƏSİLƏ SEÇƏCƏK

Yayımçı kanal VRT ölkənin Avroviziya 2023 mahnı müsabiqəsində təmsilçisini “Eurosong” adlı milli seçim turu vasitəsilə seçəcəyini açıqlayıb.

20 avqust tarixində “Zomerhit” verilişində ölkənin şərhçisi Peter Van de Veire, müsabiqənin tənqidçilər tərəfindən “köhnə tərzdə” olduğunun tez-tez vurğulandığını qeyd edib. Bu səbəbdən VRT milli seçim turu keçirərək cavan istedadlara özlərini göstərmək üçün bir şans vermək istədiyini bildirib.

Seçim turu açıqlandıqdan sonra müxtəlif Twitter eurofanları Belçikanın ən məşhur müğənnilərindən Camille və Pommelien Thijs-in “Eurosong 2023”-də iştirak etməsini istədiklərini bildiriblər. Lakin müğənnilərin menecerləri onların cədvəllərinin tamamilə dolu olduğunu və Avroviziya üçün boş yer olmadığını bildiriblər.

Xatırladaq ki, Belçikanın yayımçı kanalı “Eurosong” adlı milli seçim turunu ən son 2016-cı ildə keçirib. Həmin il ölkəni “What’s the Pressure” mahnısı ilə Laura Tesoro təmsil edərək 10-cu yeri tutub.

YouTube player

Leave a Reply