ALBANİYA MİLLİ FİNALINDA TARİXİ DƏYİŞİKLİK OLDU

Bu dekabr ayında sayca 61-ci dəfə keçiriləcək Albaniya milli finalı “Festival i Kënges”-in qaydalarında tarixi dəyişiklik olub.

Belə ki, milli finalda artıq xalq səs verməsi də öz sözünü deyəcək. Bu günə qədər milli finalın nəticələri 100% münsif səs verməsi ilə təyin olunurdu. Yeni qaydalara əsasən artıq albanlar ilk dəfə öz Avroviziya təmsilçilərini seçə biləcəklər.

Xatırladaq ki, ölkəni Avroviziya 2022-də Ronela Hajati “Sekret” adlı mahnısı ilə təmsil etmiş və nəticədə ölkə yarımfinalda 12-ci yerdə qərarlaşaraq finala vəsiqə qazana bilməmişdi.

YouTube player
3

Leave a Reply