
Sayca 66-cı olan Avroviziya mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində baş tutur. Müsabiqə 10, 12, 14 may tarixlərində Alessandro Cattelan, Laura Pausini və Mikanın təqdimatında həyata keçirilir.
Son dəfə 1991-ci ildə ev sahibliyi edən İtaliya sayca 3-cü dəfə müsabiqəni öhtələnmişdi. Avropa Yayım Birliyi (EBU) ilk başda 41 ölkənin müsabiqəyə qatılacağını təsdiqləsə də, Rusiyanın Ukraynaya olan işğalından sonra müsabiqə təşkilatçıları Rusiyanı müsabiqədən kənarlaşdırdı. Bununla da iştirakçı ölkə sayı 40-a endi. Monteneqro və Ermənistan 2 illik fasilədən sonra müsabiqədə təkrar iştirak etdi.
Müsabiqəni Ukraynanı təmsil edən Kalush Orchestra “Stefania” mahnısı ilə qazandı. Nəticədə isə müsabiqə tarixində qələbə qazanan ilk rep mahnı məhz “Stefania” oldu. Müsabiqədə son illərdə aşağı nəticə göstərən Birləşmiş Krallıq və İspaniya 90-cı illərdən bu yana ən yaxşı nəticəsini məhz 2022-də əldə etmiş və hər 2 ölkə ilk 5-likdə qərarlaşmışdır.
Maraqlı faktlar:
- Müsabiqənin qazanan Ukrayna izləyici səsverməsinə görə rekord sayda xal alaraq qələbə əldə edib. Belə ki, mümkün izləyici səsinin 468 olduğu halda Kalush Orchestra 439 xal toplamaqla birincilik əldə edib.
- Müsabiqənin baş tutduğu arenada qurulmuş olan səhnədə bəzi elementlər xarab olub. Səhnənin mərkəzində qurulan və günəşi simvol edən qurğu elə ilk məşqlər zaman xarab olub və fırlanaraq ətrafa işıqlar saçmalı olduğu halda heç bir şey edə bilməyib. Nəticədə demək olar ki, bütün iştirakçı ölkələr öz xareoqrafiyasında müsabiqənin başlamasına bir neçə gün qalmış dəyişikliklərə getmiş və belə hal ilə üzləşdikləri üçün təşkilatçıları sərt tənqid etmiş olub.
- Yarımfinal püşkatma mərasiminə aparıcı olaraq Carolina di Domenico və Gabriele Corsi seçilmiş, lakin Gabriele Corsi son anda COVID 19 virusuna yoluxduğu üçün onun yerinə proqramı Mario Acampa təqdim etmişdir.
- Bolqarıstanı təmsil edən Intelligent Music Project qrupunun üzvü Stoyan Yankulov daha öncədən 2007 və 2013-cü illərdə Elitsa Todorova ilə birlikdə Bolqarıstanı təmsil etmişdir.
- Moldovanı 2005 və 2011-ci illərdə təmsil edən Zdob și Zdub qrupu bu il təkrar müsabiqədə iştirak edərək ölkəsini təmsil etmişdir.
- İtaliyanı təmsil edən Mahmood daha öncə 2019-cu ildə də ölkəsini müsabiqədə təmsil etmişdir.
- Kalush Orchestra qrupunun üzvlərindən olan Ihor Didenchuk öncəki il baş tutan müsabiqədə Ukraynanı təmsil edən Go_A qrupunda da yer almışdır.
- Danimarkanı təmsilçi qrupu Reddi üzvlərindən biri olan Ihan Haydar 2012-ci ildə Danimarkanı təmsil edən Soluna Samayın bekvokalçılarından biri olub.
- Azərbaycan, Gürcüstan, Rumıniya, Polşa, Monteneqro və San Marinonun səsvermədə qayda pozuntusu etdiyi məlum olub və final günü nəticələrdə təşkilatçılar tərəfindən dəyişikliyə gedilib.