NİDERLAND MİLLİ FİNALINDA YARIŞACAQ İŞTİRAKÇILAR BƏLLİ OLUB

Uşaq Avroviziya mahnı müsabiqəsinin ən sadiq ölkələrindən biri olan Niderland İrəvanda baş tutacaq müsabiqə üçün hazırlıqlara başlayıb.

Təmsilçisini Junior Songfestival adlı milli final vasitəsilə seçən ölkə yarışacaq olan iştirakçıların adlarını və ifa edəcəkləri mahnıların bir hissəsini ictimaiyyətə təqdim edib. 4 namizəddən birinin qalib olacağı milli final iştirakçılarının 3-ü qrup, 1-i isə solo ifaçıdır:

  1. High5 (Danny, Kaey, Luuk, Thijs and Thomas) – “Because I Know
  2. MixedUp (Joep, Lois, Noor and Sam) – “It Doesn’t Matter
  3. Infinity (Eva, Kayleigh, Larissa and Lemay) – “Never Ever
  4. Luna – “La festa” (The party)
YouTube player

Qeyd edək ki, Niderland müsabiqədə ilk ildən bəri iştirak edir, 1 dəfə 2009-cu ildə müsabiqədə qələbə qazanıb, 2 dəfə 2007 və 2012-ci illərdə isə ev sahibliyi edib.

Leave a Reply