Avroviziya Mahnı Müsabiqəsi bu dəfə Latın Amerikasına doğru gedir. 2022 Avroviziya Mahnı Müsabiqəsi dünyanın 232 bölgəsində bütün Avroviziya məzmunu üzrə YouTube-da 75 milyondan çox unikal izləyici qazandı, Latın Amerikası ölkələri isə iştirakçı olmayan ölkələr üçün ən yüksək nəticə göstərən bazarlar sırasında idi.
Bu bölgələr arasında Argentina, Braziliya, Çili və Meksika YouTube-da ən yüksək nəticə əldə edib ki, bu da ümumilikdə təxminən 400.000 saat baxış olub.

Müsabiqəyə Christer Björkman, Anders Lenhoff, Ola Melzig, Peter Settman və Greg Lipstone, o cümlədən, Amerikan mahnı müsabiqəsinin və Avroviziya Kanada mahnı müsabiqəsinin prodüserlərinin işləyəcəyi də məlum olub.
Nümayəndəliklər yaxın müddətdə Latın Amerikası mahnı müsabiqəsi üçün ev sahibi şəhər axtarışına başlayacaq. Yaxın müddətdə detallı məlumatların açıqlanacağı da söylənilib.