AVROVİZİYA 2023 BİRLƏŞMİŞ KRALLIQDA BAŞ TUTACAQ

Ukraynanın Avroviziyada qalib gəlməsinin ardıyca 2023-cü ildə müsabiqənin hansı ölkədə baş tutması sual doğururdu. Əlbəttə ki, buna səbəb hazırda Ukraynada baş tutan müharibə ilə bağlıdır. Avropa Yayım Birliyi bir neçə həftə öncə açıqlamasında təəssüf hissi ilə müsabiqənin Ukraynada keçirilməsinin mümkün olmadığını söyləsədə tam olaraq harada baş tutması haqqında heç bir məlumat təqdim etməmişdi.

Nəhayət müsabiqənin hansı ölkədə keçiriləcəyinə aydınlıq gəldi. Avropa Yayım Birliyi 2023-cü ildə baş tutacaq 67-ci Avroviziya mahnı müsabiqəsinə 2022-ci ilin 2-cisi olan Birləşmiş Krallığın ev sahibliyi edəcəyini təsdiqlədi.

YouTube player

Son dəfə 1998-ci ildə ev sahibliyi edən Birləşmiş Krallıq sayca 9-cu dəfə müsabiqəni ölkəyə daşıyır:

  • 1960 – London (Royal Festival Hall)
  • 1963 – London (BBC Television Centre)
  • 1968 – London (Royal Albert Hall)
  • 1972 – Edinburgh (Usher Hall)
  • 1974 – Brighton (Brighton Dome)
  • 1977 – London (Wembley Conference Centre)
  • 1982 – Harrogate (Harrogate International Centre)
  • 1998 – Birmingham (National Indoor Arena)
YouTube player

Hal-hazırda müsabiqənin hansı şəhərdə baş tutması bəlli olmasa da, bu həftədən etibarən şəhərlərin ev sahibliyi üçün qəbulu başlayır. Əlbəttə təşkilatçılar Ukraynanı nəzərdən qaçırmayıb. Müsabiqə qaydalarına görə hər bir qalib ölkə növbəti il finalda bir başa yarışmalıdır ki, bu belə də olacaq. Eyni zamanda müsabiqədə Ukrayna mədəniyyətinə yer veriləcək. Ukraynanın yayımçı kanalı UA: PBC Birləşmik Krallıq yayımçı kanalı BBC ilə birgə çalışacaq.

Müsabiqənin loqotipində 2 ölkənin iş birliyini əks etdirmək də istəklər arasında yer alır. Qeyd edək ki, detallı məlumat növbəti həftələrdə məlum olacaq.

Leave a Reply