Avroviziya 2022 mahnı müsabiqəsində illər sonra yüksək nəticə əldə edən İspaniya, mahnının seçilməsində rolu olan “Benidorm Fest” milli finalını təkrar istifadə edəcək.
Beləki, yayımçı kanal TVE Avroviziya 2023 təmsilçilərinin təkrar “Benidorm Fest” vasitəsilə təyin edəcəyini açıqlayıb.
Qaydaların olduğu kimi qalacağı və milli finalda ümumilikdə 16 mahnının iştirak edəcəyi bəlli olub. Böyük finalı 4 fevralda baş tutacaq milli finalın açılış mərasiminin 29 yanvarda, ilk yarımfinalının 31 yanvarda, ikinci yarımfinalının isə 2 fevralda baş tutması da ictimaiyyətə təqdim edilib.
Qeyd edək ki, son dəfə 1995-ci ildə baş tutan Avroviziya mahnı müsabiqəsinin 2-cisi olan İspaniya, uğurun davamını gətirə bilməmiş və hər il nəticələr daha da pisləşmişdir. Xüsusən son illərdə əldə olunan nəticələr isə heç ürək açan olmayıb. Adətən müsabiqəni sonuncu yerlərdə tamamlayan İspaniya 2022-ci ildə Chanelin “SloMo” mahnısı ilə 459 xal toplayaraq 3-cü olmağı bacarmışdır.