FRANSA PREZİDENTİ AVROVİZİYA 2021 NƏTİCƏLƏRİNƏ MÜDAXİLƏ ETMƏK İSTƏYİB

Avroviziya 2021 qalibləri Maneskin qrupunun narkotikdən istifadə etmələri xəbəri yenidən gündəm olub.

Belə ki, Fransa prezidenti Emmanuel Makron keçən il Fransanın Avroviziya şərhçisi Stefan Bren-dən bu məsələyə müdaxilə etməyi xahiş edib.

Stefan Bern yaxın günlərdə BBC-yə verdiyi müsahibəsində bu barədə danışıb:

Fransa prezidenti də daxil olmaqla, bir sıra dövlət adamlarından mesajlar aldım və onlar mənə dedilər ki, Måneskin diskvalifikasiya edilməlidir. Daha sonra Fransa prezidenti Makron xüsusi olaraq mənə zəng etdi və “Bir şey etməlisən, xahiş edirəm.” söylədi.

Həmin vaxt Fransanın daxili işlər naziri də Rotterdamda idi və Makron ona da zəng edib “Zəhmət olmasa bir şey edin, bir şey etməliyik” söyləyib.

Ancaq mən nə edə bilərdim? Mən axı Avroviziyanın prezidenti deyiləm”.

YouTube player
%d bloggers like this: