Son günlər Avroviziya 2022-də yaranan qalmaqallar geniş vüsət almağa başlayıb. Səhnədə yaranan problemlər, texniki gecikmə xətaları, çəkiliş xətaları və ifaçıların çıxışları müsabiqə pərəstişkarları arasında rezonans yaradıb. Kimi İtaliyanın ev sahibliyini məsxərəyə qoyur, kimi təhqir edir, kimi də bir başa ifaçının özünə qarşı nalayiq ifadələr işlədir. Elə sonuncu hadisədən təngə gələn Albaniya təmsilçisi Ronela Hajati artıq bundan yorulduğunu, müsabiqənin tezcə bitməsini dilədiyini bəyan edərək öz üsyanını dilə gətirmişdir.

Bütün bu hadisələrdən sonra azarkeşlərin ağır tənqidinə qarşı bir neçə dəfə RAI rəsmiləri və səhnə dizayneri ittihamları rədd edərək ifaçı və komandaların bu ilki səhnədən razı olduqlarını vurğulayıblar. Buna baxmayaq AYB bu səhər yeni bir bəyanat yayaraq müsabiqə sevərlərlə xəbərdarlıq edib:
“İnternetdə və şəxsi hesablarda builki şouda əməyi keçən insanlara qarşı olan diskriminasiyanı qətiyyətlə pisləyir və bundan dəhşətə gəlirik. Həddini aşan və təhqiredici hərəkətlər nümayiş etdirən hər kəs dərhal bloklanacaq və ciddi hallarda biz bütün platformalarda sosial media tərəfdaşlarımızla birlikdə bu şəxslər barəsində müvafiq yerli orqanlara məlumat verəcəyik.
Biz başa düşürük ki, Avroviziya mahnı müsabiqəsinə qarşı sevgi və şövq dərindir. AYB söz azadlığını təşviq edir, lakin iştirakçılar, komanda və könüllülər məqsədyönlü şəkildə təhqir, təhdid və təqib olmadan öz işlərini görməlidirlər. Onlayn istidəçiləri və builki müsabiqədə iştirak edən sənətçilərin pərəstişkarlarını bu dəyərlərə və tədbirdə iştirak edən hər kəsə hörmət etməyə, builki şounu sivil və hörmətli şəkildə müzakirə etməyə çağırırıq”
Sonda qeyd edək ki, bu qalmaqalların əsas səbəbi kimi səhnədə quraşdırılmış kinetik günəşin ifaçıların çıxışları zamanı işlədilməməsidir. Səhnəyə unikal gözəllik vermək məqsədi ilə inşa edilmiş günəşin motorlarına su dolduğu üçün o sıradan çıxmış, ona görə də fırladılması mümkün olmamışdır və səhnədki led ekranın qarşısı tamamilə kəsilmişdir. AYB isə çarə olaraq bütün çıxışlarda günəşin qaranlıq tərəfinin olduğunu görüb. Bu isə müsabiqə azarkeşlərini təəssüfləndirib. Maraqlı məqam isə açılış və ara şoularında kinetik günəşdən istifadə olunacağı ilə bağlıdır.