NADİR RÜSTƏMLİ AVROVİZİYA ÇIXIŞI BARƏSİNDƏ DANIŞIB

Ölkə təmsilçisimiz Nadir Rüstəmli Avroviziya səhnəsində ikinci məşqini başa vurub. Məşqdən sonra media nümayəndələri ilə görüşən Rüstəmli və onun komandası bir sıra suallara cavab verib.

Media nümayəndələrindən gələn özü və mahnı arasındakı bağ sualına ifaçı:

“Hər bir insanın xatirələri var, yaxşı ya da pis, Avroviziya da ümid edirəm ki, yaxşı xatirə olacaq.”

“Və mən özüm elə bir insanam ki keçmiş xatirələrdən qurtulmağa çətinlik çəkirəm, gələcəyə getmək üçün. Ona görə də, bu mahnını eşidən kimi çox sevdim dedim bu mahnı olmalıdır və hər gün dua elədim ki seçilsin. Nə yaxşı da bu mahnı seçildi” deyərək cavab verib.

Daha sonra səhnə, klip və mahnı arasındakı əlaqələri o:

“Klipdə də, səhnədə də biz bunu göstəririk. Biz bunu əvvəl musiqi videosunda göstərdiyimiz kimi mən orda dırmaşıram, necə çətinliklərdən keçirəm ki, keçmişdən qurtulum gələcəyə doğru gedim” -, deyə vurğulayıb

O əlavə edib ki, pilləkənlar gələcəyə doğru yolu göstərir. Mahnı irəlilədikcə Nadir yuxarıya doğru qalxır və sonda öz qoruxusu-keçmişi ilə üzləşir.

İlk məşqdən görüntü.

Daha sonra bu ilki səhnənin bədii rəhbəri Mads Engaard səhnədə dəyişikliyin olub-olmayacağı ilə bağlı verilən suala səhnədən 90% razı olduğunu yerdə qalan 10 faizin isə zamanla düzələcəyini əlavə edərək, dəyişikliyin ancaq müsbətə doğru olacağını qeyd edib.

Qeyd edək ki, Nadirin növbəti məşqi 11 may tarixində baş tutacaq. O günorta saatlarında geyim məşqində, axşam isə münsif yarımfinalında çıxış edəcək. Bundan əvvəl isə ifaçını 8 may tarixində baş tutacaq rəsmi açılış mərasimində firuzəyi xalıda görəcəyik.

Müsahibənin davamı:

YouTube player

Leave a Reply