CANLI BLOQ: AVROVİZİYA 2022 MƏŞQLƏRİ – 3 MAY

Avroviziya 2022 məşqlərinin dördüncü günündə hər birinizi xoş gördük. Bu gün daha 9 ölkə Pala Olimpico səhnəsində ilk məşqlərini həyata keçirdi. İkinci yarımfinalda iştirak edən məhz bu 9 ölkə ilə hər bir yarımfinal təmsilçisinin birinci məşqi başa çatdı.

Bu gün ilk məşqini edən ölkələr:

🇮🇪 İrlandiya

🇲🇰 Şimali Makedoniya

🇪🇪 Estoniya

🇷🇴 Rumıniya

🇵🇱 Polşa

🇲🇪 Monteneqro

🇧🇪 Belçika

🇸🇪 İsveç

🇨🇿 Çexiya


  1. 🇮🇪 İrlandiya

Günün açılışını Brooke edir. Açıq mavi rəngli libasda 4 rəqqasın müşayiəti ilə səhnədə şən, məzəli və dinamik bir nömrə göstərir. İfaçının səsi yerindədir. Gün əyləncəli başladı!


  1. 🇲🇰 Şimali Makedoniya

Andrea həqiqətən də yüksək dərəcəli bir çıxış göstərdi. Müğənni səhnədə təkdir və qara paltardadır, Qrafiklərda ürək döyüntülərindən və dramatik işıqlandırmadan istifadə olunub. Andrea həmçinin su üzərindəki qaldırıcı körpülərdən qrafik ekranlar kimi istifadə edir ki, biz onların bu il bu formada istifadə edildiyini Moldovadan sonra ilk dəfə görürük. Çıxış ümumilikdə kədərlidir.


  1. 🇪🇪 Estoniya

Milli finaldakına bənzər bir çıxış – gitara, retro filtr və Stefan. Lakin bu dəfə milli finaldakı kovboylar səhnədə olmayacaq. Stefan B səhnəsində ifa edərək buradan auditoriya ilə bağlantı qurur. Səsi heç şüphəsiz gözəldi.


  1. 🇷🇴 Rumıniya

WRS parıltılı şalvar və qırmızı qıvrımlı köynək geyinib. Sonda paltarı dəyişərək bürünc rəngli payetli jilet olur. Bu ilin gördüyümüz ilk paltar dəyişilməsidi. Bu çıxışın icmalı möhtəşəm rəqs, göz alıcı paltarlar və düzgün səs tonudur.


  1. 🇵🇱 Polşa

Ochman-ın əynində kostyum var. Onu səhnədə maskalı 4 müasir rəqqas müşayiət edir. Effektlər onları ruh kimi bulanlıq göstərir. Ümumilikdə çıxış çox güclüdür, yanıb sönən işıqlar və Ochman-ın güclü səsi çıxışın əsas diqqət çəkən hissələridir. Bu çıxış su ilə bağlı sözləri olan və su qrafiklərindən, şəlalədən istifadə edilən sayca dördüncü çıxışdı.


  1. 🇲🇪 Monteneqro

Vladana arxasında işıqlı dairəvi disk olan eleqant bir göy paltar geyinib. Çıxışına B səhnəsində başlayır. İşıq effektləri çıxışı yadda qalan edir. Müğənnin səsi isə mükəmməldir. Mahnının baraban musiqisi olan hissəsi isə insanın “nəfəsini kəsir”.


  1. 🇧🇪 Belçika

Gümüşü jaket geyinmiş Jérémie 4 nəfər rəqqası və gözəl səsi ilə tamaşaçılarda xoş təəssüratlar oyadacaq. O səhnədə çox klassik və sadədir. Şou işıqlar üzərində qurulub.


  1. 🇸🇪 İsveç

İlin ilk ayaqyalın ifaçısı Cornelia Jakobs olub. Cornelia milli seçim turuna çox bənzər bir çıxış edib. Onun kameralarla bu qədər yaxşı işləyə bilməsi çıxışı daha da səmimi və həyacanlı edir.


  1. 🇨🇿 Çexiya

Günün son məşqi Çexiyadan gəldi. Müxtəlif növ işıqlardan geniş şəkildə istifadə edilən çıxış səhnəni böyük bir kluba çevirib. Başı əyilmiş formada ifa edilən violençel isə çox göz alıcı hava qatıb.


Mənbə: Eurovision.tv

Şəkillər: EBU / ANDRES PUTTING &  NATHAN REINDS

Leave a Reply