AVROVİZİYA 2022: ŞOULARIN AÇILIŞ MƏRASİMİ BARƏSİNDƏ DETALLAR

Artıq may ayının girməsinə sayılı günlər qalıb. May yəqin ki, musiqi sevərlər və azarkeşlər üçün Avroviziya deməkdir. Vaxt daraldıqca müsabiqənin detalları açıqlanır. Bu dəfə isə Avroviziya 2022-nin səhnə rejisoru Emanuele Cristofoli müsabiqəyə əlavə kolorit qatan açılış şouları haqqında “La Stampa”-ya danışıb.

Rejissor nəql edir ki, ilk yarımfinalın açılışında 40-dan çox rəqqas səhnəyə çıxacaq:

“40-dan çox rəqqasın əks etdirəcəyi planetlərin mənzərəsi artırılmış reallıq ilə tamaşaçılara göstəriləcək. İlk yarımfinalın açılışı nəşə, həyat və ümidin rəmzi olan günəşə hörmət əlaməti olacaq.”

İkinci yarımfinalın açılışında isə aparıcılardan biri Alessandro Cattelan səhnəyə çıxacaq. Bu barədə danışan rejissor:

“İkinci yarımfinalın ilk şousu italiyanların məzəli xarakterini göstərəcək Alessandro Cattelana əmanət ediləcək.”

YouTube player

Müsabiqənin finalında isə digər aparıcılar Mika və Laura Pausini çıxış edəcək. Belə ki:

“Finalda Piazza San Carlı meydanında çıxış edən Rockin’1000 qrupu ilə canlı əlaqə qurulduğu zaman səhnədə xeyli dəyişiklərin fonunda Lauranı görə biləcəklər. Mahnıları 5 fərqli dildə ofa edəcəklər. Bundan əlavə, Mika finalda öz mahnılarını və yeni sinqlını ifa edəcək. Belə demək olarsa, performans içində performans olacaq”.

YouTube player

Avroviziya 2022 may ayının 10, 12 və 14-də Turin şəhərində keçiriləcək. Ölkəmiz müsabiqənin ikinci yarımfinalında səhnə alacaq.

Leave a Reply