SƏHNƏLƏR HAQQINDA İLK MƏLUMATLAR VAR?

Yunanıstanın məşhur Avroviziya xəbər saytı olan Eurovisionfun, bir neçə ölkənin Turindəki səhnəsi haqqında qısa məlumat verib.

Saytın verdiyi məlumata görə, məşhur Avroviziya bloqu olan Wiwibloggs əməkdaşlarından biri, bir neçə ölkənin “Stand-in” məşqlərini izləyib və səhnələr haqqında qısa bir məlumat verib.

Wiwibloggs əməkdaşına görə, Birləşmiş Krallığın səhnəsi qalibiyyətlik deyil. Hətta əməkdaşın sözlərinə görə, Birləşmiş Krallıq bu il ilk beşlikdə belə yer almayacaq.

Yunanıstan haqqında danışan Wiwibloggs əməkdaşı isə ölkənin mərclərdə tutduğu yerdən də daha yüksək bir yer tutacağını söyləyib.

Norveçin səhnəsinin milli finaldakı çıxışa bənzər olacağını söyləyən əməkdaş, Polşanın səhnəsinin isə heç də yaxşı olmadığını söyləyib.

Eurovisionfun saytı isə bu xəbərlərin səhv olması ehtimalının olduğunu qeyd edir.

Mənbə: eurovisionfun.com

Leave a Reply