12XAL İZLƏYİCİLƏRİNİN AVROVİZİYA 2022 FİNALİSTLƏRİ BƏLLİ OLDU

Bir neçə gün öncə başlatmış olduğumuz Avroviziya 2022 mahnı müsabiqəsinin ilk səsverməsi başa çatdı. 10 və 12 May tarixlərində baş tutacaq birinci və ikinci yarımfinal iştirakçıları arasında keçirdiyimiz səsvermədə finala vəsiqə qazanacaq 10 ölkəni seçməyinizi istəmişdik.

Səsvermədə ölkəmiz ilə yanaşı Türkiyə, Almaniya, Ukrayna, Macarıstan, Polşa, Çexiya, Rusiya, Niderland, Albaniya, Litva, Fransa, Norveç, Albaniya, Ermənistan, Belarus, Birləşmiş Krallıq, o cümlədən, Ərəbistan və Amerika birləşmiş ştatlarından olan izləyicilər iştirak etmişdir.

Beləliklə ilk yarımfinal nəticələri bu şəkildədir:

Finala vəsiqə qazanacaq ölkələr:

  1. 🇺🇦 Ukrayna – Kalush Orchestra – Stefania 10.29%
  2. 🇳🇱 Niderland – S10 – De Diepte 10.11%
  3. 🇳🇴 Norveç – Subwoolfer – Give That Wolf A Banana 9.97%
  4. 🇦🇱 Albaniya – Ronela Hajati – Sekret 9.79%
  5. 🇬🇷 Yunanistan – Amanda Georgiadi Tenfjord – Die Together 9.44%
  6. 🇱🇹 Litva – Monika Liu – Sentimentai 7.42%
  7. 🇦🇹 Avstrya – LUM!X feat. Pia Maria – Halo 7.33%
  8. 🇵🇹 Portuqaliya – MARO – Saudade, Saudade 7.2%
  9. 🇦🇲 Ermənistan – Rosa Linn – Snap 6.57%
  10. 🇲🇩 Moldova – Zdob şi Zdub & Fraţii Advahov – Trenulețul 4.34%

Yarımfinalda qalacaq ölkələr:

  1. 🇨🇭 İsveçrə – Marius Bear – Boys Do Cry 4.29%
  2. 🇭🇷 Xorvatiya – Mia Dimšić – Guilty Pleasure 3.49%
  3. 🇮🇸 İslandiya – Systur – Með Hækkandi Sól 2.73%
  4. 🇩🇰 Danimarka – REDDI – The Show 2.64%
  5. 🇱🇻 Latviya – Citi Zēni – Eat Your Salad 1.79%
  6. 🇸🇮 Sloveniya – LPS – Disko 1.65%
  7. 🇧🇬 Bolqarıstan – Intelligent Music Project – Intention 0.94%

İkinci yarımfinal nəticələri:

Finala vəsiqə qazanacaq ölkələr:

  1. 🇦🇿 Azərbaycan – Nadir Rustamli – Fade To Black 12%
  2. 🇦🇺 Avstraliya – Sheldon Riley – Not The Same 9.31%
  3. 🇸🇪 İsveç – Cornelia Jakobs – Hold Me Closer 9.04%
  4. 🇵🇱 Polşa – Ochman – River 9%
  5. 🇨🇾 Kipr – Andromache – Ela 8.73%
  6. 🇪🇪 Estoniya – Stefan – Hope 7.23%
  7. 🇷🇸 Serbiya – Konstrakta – In Corpore Sano 7%
  8. 🇫🇮 Finlandiya -The Rasmus – Jezebel 6.77%
  9. 🇨🇿 Çexiya – We Are Domi – Lights Off 6.69%
  10. 🇧🇪 Belçika – Jérémie Makiese – Miss You 6.19%

Yarımfinalda qalacaq ölkələr:

  1. 🇲🇪 Monteneqro – Vladana – Breathe 3.31%
  2. 🇷🇴 Rumıniya – WRS – Llámame 2.85%
  3. 🇮🇱 İsrail – Michael Ben David – I.M 2.73%
  4. 🇲🇹 Malta – Emma Muscat – I Am What I Am 2.35%
  5. 🇲🇰 Şimali Makedoniya – Andrea – Circles 2.19%
  6. 🇮🇪 İrlandiya – Brooke – That’s Rich 1.77%
  7. 🇸🇲 San Marino – Achille Lauro – Stripper 1.54%
  8. 🇬🇪 Gürcüstan – Circus Mircus – Lock Me In 1.27%

Təbiiki bütün bu səsvermə nəticəsi izləyicilərimizin səhnə çıxışından öncəki görüşləri əsasında ərsəyə gəlmişdir. Təxminən 2 həftə sonra nəticələrin tamamilə fərqli olması heç şüphəsiz ki, mümkündür. Hər bir halda isə bütün yarımfinalçılara uğurlar diləyirik.

Leave a Reply