AVROVİZİYA 2022: MƏŞQLƏRİN CƏDVƏLİ TƏQDİM EDİLİB

Avroviziya 2022 mahnı müsabiqəsinin məşqlər cədvəli ictimaiyyətə təqdim olunub.

İlk məşq aprel ayının 30-da Albaniya ilə start götürəcək. Daha sonra isə çıxış sıralamasına uyğun olaraq digər ölkələr də Turin səhnəsində ilk çıxışlarını edəcək.

Ölkəmizi təmsil edən Nadir Rüstəmli isə 2 may tarixində Bakı vaxtilə təxminən saat 14:00-da ilk məşqi üçün səhnəyə çıxacaq.

İlk məşqlər ictimaiyyətə və jurnalistlərə qapalı olacaq və 3 mayda yekunlaşacaq.

Təmsilçimizin ikinci məşqi isə 5 may Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

İlk yarımfinalın məşq cədvəli.

Yarımfinalistlərin ikinci məşqi 4 mayda başlayıb 6 mayda bitəcək. 7 maydan etibarən isə birbaşa finalçılar öz məşqini edəcək.

İkinci məşqlər

Nəhayət, 9 mayda ilk yarımfinal iştirakçıları üçün ailə şousu, geyim məşqləri və jüri yarımfinalı baş tutacaq. 11 mayda isə eyni proqram ikinci yarımfinal üçün baş tutacaq. Böyük final məşqləri və münsif finalı 13 mayda baş tutacaq.

Leave a Reply