MONAKO AVROVİZİYAYA QAYIDIR?

Son dəfə 2006-cı ildə Avroviziyaya qatılan Monako üçün Avroviziya xəbərləri yenidən gündəm olub.

YouTube player

Açıqlamalara görə, ölkənin yeni kanalı olan Monte-Carlo Riviera TV-nin 2023-cü ildə istifadəyə veriləcəyi açıqlanıb.

Yeni Monako yayımçısının işə düşməsi və ona maraq, kanalın ölkəni Avroviziya Mahnı Müsabiqəsinə qaytara biləcəyinə dair xəbərləri daha da artırıb.

L’Observateur de Monaco saytının verdiyi bir digər xəbərə görə isə 2022-ci il üçün Monako dövlət büdcəsində “Knyazlığın Avroviziya 2023 müsabiqəsinə müraciətinə başlamaq üçün” 100.000 Avro vəsaitin ayrıldığını bildirib.

Əgər, Monako yeni kanaldan istifadə edərək Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək istəsə, ilk olaraq Avropa Yayım Birliyinə üzv olmalıdır. Avroviziya 2023-də yarışmaq üçün AYB-ə üzvlüyünə qəbul oluna biləcək ən son tarix 2022-ci ilin dekabrı olacaq.

Kanalın işə salınmasının gecikərək 2023-cü ildə olacağını nəzərə alarsaq, ölkəni ən tezi Avroviziya 2024-də görə bilərik.

YouTube player

Leave a Reply