ATİYE: TƏKLİF GƏLƏRSƏ DÜŞÜNƏ BİLƏRƏM

Türkiyənin tanınmış müğənnilərindən olan Atiye Avroviziya haqqında danışıb:

“Biz ölkə olaraq illərdir Avroviziyada yoxuq. Amma bir təklif gələrsə komandamla bunu düşünə bilərik”.

Qeyd edək ki, Türkiyə sonuncu dəfə 2012-ci ildə ölkəmizdə keçirilən müsabiqədə iştirak edərək müsabiqədən çəkilmişdir. Ölkənin müsabiqədən uzaqlaşma səbəbi olaraq isə ədalətsiz səsvermə sistemi və böyük beşlik ölkələri göstərilir. Türkiyə yarışda iştirak etməsə də, ölkədə hələ də xeyli maraq var. Edis, Atiye, Aynur Aydın və s. kimi ifaçılar müsabiqəyə hazır olduqlarını dəfələrlə vurğulayıblar. Nəinki ifaçılar, hətta aparıcı, qəzet redaktorları belə müsabiqədə iştirakın vacibliyi ilə bağlı məqalələr dərc etmişlər. Rəsmi səviyyədə isə ötən il AYB və TRT kanalı arasında müsabiqə ilə bağlı görüşlər təşkil edilsə də, yekun nəticəyə gəlmək mümkün olmamışdır. İndi türk azarkeşlər ancaq Azərbaycanın qalib olacağı təqdirdə ölkənin müsabiqəyə geri dönəcəyini gözləyir.

YouTube player
YouTube player

Mənbə: escturkey.com

Leave a Reply