AVROVİZİYA 2022 PROQRAM PLANI AÇIQLANDI

Adətən bir çoxları müsabiqəni yalnız yarımfinallar və finaldan ibarət hesab etsə də, bu heç də belə deyil. Təxminən 2 həftəlik bir müddət ərzində bütün məşqlər və canlı şoular baş tutur ki, bunların bir çoxu ictimaiyyətə təqdim edilmir.

Turində baş tutacaq 66-cı Avroviziya mahnı müsabiqəsinin həmin 2 həftəlik proqram planı da artıq təqdim olunub. Öncədən onu qeyd edək ki, 2021-ci ildən etibarən məşq prosesi ötən ilki müsabiqələrdən bir qədər fərqli şəkildə jurnalistlər tərəfindən təqdim olunur. Daha öncədən yalnız müsabiqənin baş tutduğu arenada iştirak etməklə proqramı şərh etmək üçün şans olduğu halda artıq 2 ildir ki, onlayn şəkildə müsabiqənin rəsmi jurnalistlərinə olduğu ölkədən və yerdən asılı olmayarq mətbuat mərkəzinə qoşulmaq, təmsilçilərin məşqlərini izləmək və müsahibə almaq kimi şanslar təqdim olunur. Bu səbəbdən də planda məşq prosesi və şouların media üçün hansı dərəcədə açıq və ya qapalı olması bildirilmişdir. Plan ilə aşağıdakı təqvim ilə tanış ola bilərsiniz:

30 Aprel – 3 May

Yarımfinalistlərin ilk artist məşqləri (Media üçün tam qapalı və arenaya giriş qadağandır)

4 May – 7 May

Yarımfinalistlərin ikinci artist məşqləri (Media üçün açıq amma arenaya giriş qadağandır)

5 May

Böyük beşliyin ilk artist məşqi (Media üçün tam qapalı və arenaya giriş qadağandır)

7 May

Böyük beşliyin ikinci artist məşqi (Media üçün açıq amma arenaya giriş qadağandır)

8 May

Avroviziya 2022 mahnı müsabiqəsinin açılış mərasimi

10 May – 14 May

İlk paltar məşqi (Media üçün açıq və arenaya giriş mümkündür)

İkinci paltar məşqi (Media üçün açıq amma arenaya giriş qadağandır)

Üçüncü paltar məşqi (Media üçün açıq amma arenaya giriş qadağandır)

Yarımfinal və Final şousu (Media üçün açıq amma arenaya giriş qadağandır)

Onu da nəzərə çatdıraq ki, 12xal – Avroviziya bloqu olaraq müsabiqənin akreditasiyalı jurnalistləri kimi bizə təqdim olunan imkandan istifadə edərək, məşq proseslərini sizlər üçün şərh etməyə çalışacağıq. Bu haqda daha ətraflı məlumatı yaxın bir neçə gün ərzində təqdim edəcəyik. Təmsilçilərin məşq cədvəli haqqında daha detallı məlumat isə tezliklə Avroviziya təşkilatçıları tərəfindən yayımlanacaq.

YouTube player

Leave a Reply