SHELDON MAHNISI VƏ SƏHNƏSİ HAQQINDA EMRE YÜCELENƏ DANIŞIB

Avstraliyanın Avroviziya 2022 təmsilçisi Sheldon Riley, məşhur türk vokal müəllimi Emre Yücelenin kanalına müsahibə verib.

Müğənni müsahibəsində mahnısı və səhnəsi haqqında verilən sualları cavablandırıb. Sheldon Avroviziyanı uşaqlıqdan bu yana böyük bir sevgi ilə izlədiyini söyləyib:

“Uşaqlığımdan bəri Avroviziyaya qatılmaq istəyirdim. Çünki bilirdim ki, orada mənim geyimimi və hərəkətlərimi sorğulamayacaqlar. Avroviziyadan gözlədiyim şey əslində indi gerçəkləşir. Heç kəs mənim niyə belə geyindiyimi və niyə belə mahnılar oxuduğumu sorğulamır. Özümü burada müdafiə etmək məcburiyyətində deyiləm. Hər kəslə moda və mahnım haqqında danışıram. Bu çox gözəldir.

YouTube player

Müğənni səhnəsi və mahnısı haqqında da danışıb:

Hal-hazırda bir vokal müəllimim var. Onunla birlikdə məşqlər edirəm. Nəfəs məşqləri edirəm, suda üzürəm və daha çox məşqlər edirəm. Bu mahnı çox böyük və duyğusaldır. Ona görə də musiqi ilə bağlı hər şeyi bilməliyəm ki, səhnədə bunları kənara qoyub yalnız mahnımı təsirli oxuyum.

Ən son istəyəcəyim şey səhnəmin möhtəşəm olub, səsimin pis olmasıdır. Bu mənim üçün çox vacibdir. Amma həqiqətən hər şeyə hazır olmaq istəyirəm. Hər kəs bilir ki, Avroviziyada səhnəsi çox yaxşı olub, amma səsi pis olan çoxlu çıxışlar olub. Səsi yaxşı olub səhnəsi pis olan səhnələr isə kifayət qədərdir. Mən həm səhnəmin, həm də səsimin yaxşı olmasını istəyirəm.

Səhnə ilə bağlı böyük planlarım var. Bunları açıqlaya bilmərəm. Ona görə evə tez qayıtdım. Milli finalda iştirak etdim və çox əyləncəli idi. Avroviziya səhnəsi çox böyük olacaq. Sürprizlərim olacaq”.

YouTube player

Leave a Reply