Rusiyanın Avroviziya 2016 və 2019 təmsilçisi Sergey Lazarev iki aylıq sükutunu pozub.
O, Rusiya Federasiyasını tərk etməsi xəbərini yalanlayıb.
Lazarev tərəfindən paylaşıldığı iddia edilən bir şəkildə “Rusiya Federasiyasını tərk edirəm çünki, Rusiyanın Ukraynadakı hərəkətləri ucbatından hamının mənə nifrət etməsini istəmirəm” yazılıb:
“Mən rusam! Və bundan heç vaxt utanmamışam! Və Rusiyanı bütün səmimiyyətimlə sevirəm! Vətənim məni ölkəsini iki dəfə Avroviziya müsabiqəsində təmsil etmiş, onun qürurunu musiqi arenasında müdafiə etmiş və rus bayrağını qürurla daşımış məşhur sənətçi və güclü şəxsiyyət kimi yetişdirib”
Lazarev həm də Rusiyada 25 ildir işlədiyini qeyd edərək “ölkə və insanları” üstündəki təyziqdən şikayətlənib:
“İnanılmaz nifrət və Rusafobiya. Vəzifəmiz nə mübahisə etmək, nə günahlandırmaq nə də qəzəblənməkdir. Bu gün heç vaxt olmadığı kimi birləşməli və bir birimizə dəstək olmalıyıq”