Niderlandın Avroviziya 2022 təmsilçisi S10, Turindəki səhnəsi ilə bağlı danışıb.
Songfestivalweblog-un verdiyi müsahibədə müğənni qeyd edib ki, Niderlandda baş tutan “Matthijs gaat door” talk-show-unda, ilk canlı performansında nümayiş olunan lazer şousunu Turində görməyəcəyik:
“Bəli, biz bunu orada da edə bilərdik… lakin bu, plan deyil. Bu (lazerlər) talk-show üçün nəzərdə tutulmuş bir səhnə idi”.
Qeyd edək ki, S10 “De Diepte” adlı mahnısı ilə Avroviziya 2022-də birinci yarımfinalın ilk hissəsində çıxış edəcək.