Bilindiyi üzərə hal-hazırda Ukraynanın mərclərdə birinciliyi hökm sürür. Ukraynanın Avroviziya 2022-ni qazanması halında müsabiqənin harda keçiriləcəyi ilə bağlı xəbərlər artıq ortaya çıxmağa başlayıb.
Belə ki, Daily Star adlı xəbər saytına görə, Ukrayna əgər bu ilki Avroviziyanı qazanarsa, 2023-cü ildə ev sahibliyinin “Böyük Beşlik”-ə daxil olan ölkələrdən birinə verilməsi planlaşdırılır.
Avroviziyanın sözcüsü isə bu məsələyə belə reaksiya bildirib:
“Gələn ilki Avroviziyaya ev sahibliyi haqqında hələki spekulyasiya etmək tezdir”.