MURAD ARİF: AVROVİZİYA ÜÇÜN HAZIRLADIM AMMA AYGÜN KAZIMOVAYA QİSMƏT OLDU

Murad Arif öz Instagram səhifəsində Xalq Artisti Aygün Kazımovanın səsləndirdiyi “Şou nömrə 1” mahnısını əslində 2009-cu ildə ölkəmizi Avroviziyada təmsil etmək üçün Aysel Teymurzadəyə göndərdiyini açıqlayıb.

YouTube player
Aygün Kazımova tərəfindən ifa olunan mahnı.

O eyni zamanda əlavə edib: “Niyəsə dedilər Murad sənin mahnın bizə lazım deyil. Ölməyib ki, İsveç və Norveç bəstəkarları. Qurban olaq Avropa bəstəkarlarına.”

Bəs siz nə düşünürsünüz? Sizcə, sözü gedən mahnı avropalı prodüserlər tərəfindən işlənərək daha keyfiyyətli hala gəlsəydi, Aysel Teymurzadə üçün necə olardı?

Qeyd edək ki, “Yeni Ulduz” müsabiqəsindən sonra ulduzu parıldayan Aysel Teymurzadə Avroviziya 2009-da əslən iranlı həmkarı Arashla birlikdə müəllifləri isveçli olan bəstəkarlar tərəfindən yazılmış “Always” mahnısı ilə təmsil edərək 207 xalla müsabiqədə 3-cü yeri qazanmışdır. Elə həmin ildən başlayaraq Azərbaycan hər il xarici- əksərən isveçli yazarların mahnılarına müraciət etmişdir. Ölkəmizi 2017-ci ildə təmsil etmiş “Skeletons” mahnısı isə yerli bəstəkar, sabiq nümayəndə heyətinin rəhbəri İsa Məlikov tərəfindən yazılmışdır.

Leave a Reply