NADİR RÜSTƏMLİ “FADE TO BLACK” SÖYLƏYƏCƏK

Azərbaycanı İtaliyanın Turin şəhərində baş tutacaq 66-cı Avroviziya mahnı müsabiqəsində təmsil edəcək olan Nadir Rüstəmlinin səsləndirəcəyi mahnı bəlli olub. Təmsilçimiz müsabiqədə “Fade to Black”adlı mahnı ilə mübarizə aparacaq.

YouTube player

Mahnı Thomas Stengaard, Andreas Stone, Sebastian Schub və Anderz Wrethov tərəfindən bəstələnmişdir. Hansıki adları çəkilən iki şəxs bundan öncə Avroviziya və Avroviziya milli finalları üçün mahnılar ərsəyə gətirmişdir:

Only Teardrops – Emmelie de Forest – Danimarka 2013 (1-ci yer)

You Let Me Walk Alone – Michael Schulte – Almaniya 2018 (4-cü yer)

Too Late For Love – John Lundvik – İsveç 2019 (5-ci yer)

El Diablo – Elena Tsagrinou – Kipr 2021 (16-cı yer)

Adrenalina – Senhit – San Marino 2021 (22-ci yer)

Sister – S!sters – Almaniya 2019 (25-ci yer)

Death of Us – Elsie Bay – Norveç milli finalı 2022 (4-cü yer)

Hero – Raylee – Norveç milli finalı 2021 (6-cı yer)

YouTube player

Qeyd edək ki, ölkəmiz müsabiqədə 14-cü dəfə (2020-ci ildə müsabiqə pandemiya səbəbilə təxirə düşmüşdür) iştirak edir. İlk dəfə 2008-ci ildə müsabiqəyə qatılan Azərbaycan bugünədək 1 dəfə 2011-ci ildə qələbə qazanıb, 1 dəfə isə 2018-ci ildə yarımfinaldan finala keçə bilməmişdir. Ölkəmizi son dəfə Rotterdam şəhərində baş tutan mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə Efendi təmsil etmiş və finalda 20-ci yerə layiq görülmüşdür.

YouTube player

Leave a Reply