Az öncə yayımlanan “Fade to Black” adlı mahnının bəstəkar və yazarları arasında Andreas Stone, Anderz Wrethov, Sebastian Schub, Thomas Stengaard adlı şəxslərin adları keçir.
Əməyi keçən bəstəkarlar daha əvvəl də müsabiqə üçün mahnılar hazırlamışdır. Yazarlardan Thomas Stengard sonuncu dəfə El-diablo (Kipr 2021), Adrenalina (San Marino 2021), Andreas Johannson isə İsveçin 2019 mahnısı “Too Late for Love” adlı mahnısında iştirak edib.
Avroviziya 2022 mahnımızın klipi əvvəl də xəbər verdiyimiz kimi Azərbaycanda çəkilib. Klipin çəkilişləri ölkəmizin müxtəlif regionlarında baş tutub. Rəsmi musiqi videosunun direktoru, bəstəkar, eyni zamanda Avroviziya nümayəndə heyətinin rəhbəri İsa Məlikov, klipin prodüseri Valeria Lebed, kliplə bağlı rəssam işləri isə Fərhad Əliyə məxsusdur.