AVROVİZİYA ÜÇÜN HAZIRLANMIŞ MAHNI MƏDİNƏ SALİHDƏN GƏLDİ 

Səs Azərbaycan layihəsinin yarımfinalçısı Mədinə Salih yeni “Burn in Hell” adlı mahnısını və mahnıya olan musiqi videosunu (klip) təqdim edib.

Musiqisi və sözləri ifaçının özünə, production (aranjiman & mix mastering) Fərhad Musayev, Omar Abdulkarimov və Maksim Tsurkova aiddir. Klipin rejissoru Sarkhan Akhundov, prodüserlər isə Omar Abdulkarimov, Bəhruz Efendi və Javid Aslanovdur.


Maraqlı məqam isə ondadır ki, Mədinə mahnını Avroviziya üçün hazırlayıb və mahnı ilə birgə namizədliyini nümayəndə heyətinə təqdim edib.

Nümayənə heyəti təmsilçi olaraq Nadir Rüstəmlini seçdiyinə görə isə Mədinə mahnını dinləyicilərə təqdim edib.

YouTube player

Yeni mahnısı haqqında Mədinəyə ünvanladığımız suallara cavablar isə bu şəkildə oldu:

Yayımlamış olduğun ilk klip haqqında nə düşünürsən? Necə bir hissdir?

Mənim üçün həm mahnı, həm də klip çəkilişi çox dəyərli təcrübədir. Bu ilk studiya işi olduğu üçün əlbəttə, çətinliklər var idi. Amma düşünürəm ki, biz komandamla bu çətinliklərin öhtəsindən gəldik.

2.Mahnıda vermək istədiyin mesaj nədir?

Mahnını 2018-ci ildə yazmışam. O, müxtəlif cür şərh edilə bilər. Bunlardan birində partnyorunun uzaqlaşdığını hiss edən və ən son tədbirlərə əl atmağa qərar verən obsesif personajın narahatlığı qeyd edilir. Eyni zamanda mahnını özü ilə qane olmayan və bu narazılığın səbəbindən qurtulmaq istəyən insanın daxili monoloqu kimi də şərh etmək olar.

3. Növbəti illərdə təkrar bu qaydada Avroviziya üçün namizədliyini irəli sürməyi planlaşdırırsan?

Əslində, əvvəlcə müraciət etməyi planlaşdırmırdım. Amma komandam və mən sınamaq qərarına gəldik, çünki mahnı artıq əlimizdə idi. Ola bilsin ki, gələcəkdə müsabiqənin formatı mahnımızla iştirak etməyə imkan verəcəksə, biz seçimlərdə iştirak etmək variantını istisna etmirik.

Mahnı sözləri:

Wanna burn the hell out of you
Got a lighter and I know what to do
No I’m not talking bout’ smoking today
Wanna burn the hell out of you
And I don’t need gasoline to
And I’m the one who’s driving today

No need to call a firemen baby
I just wanna be warmed by you
Lately I’ve been feeling colder with you
So I prepared a dinner for two
I’ve got some things I want to tell you
Maybe you’re not gonna like it today

Cause I just want you to burn in hell
I want you to burn in hell
Bu-uuu-uuu-burn in hell.

1

2 thoughts on “AVROVİZİYA ÜÇÜN HAZIRLANMIŞ MAHNI MƏDİNƏ SALİHDƏN GƏLDİ 

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading