Murad Arifin “Popumuz var” proqramına qonaq olan bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Cavanşir Quliyev Avroviziyada ölkəmizi təmsil edən mahnılardan bəhs edib.
Aparıcının “Bugünədək Avroviziyada sadəcə 2 dəfə öz bəstəkarlarımızın adını mahnımızın müəllifi olaraq yazdıra bilmişik. Sizcə bu qəbahətdir yoxsa bacarıqsızlıq?” sualına cavab olaraq Quliyev:
Bununla bağlı hələ əvvəldən, 2006-2007-ci ildən bəri mən müsahibəmdə söz açmışdım. İldə bir dəfə bu meydanı 3 dəqiqəlik bizə verirlər. Avropadan milyonlarla insan baxır. Ondan istifadə edib Azərbaycan musiqisini, mahnısını təbliğ edək. Uduzacağıq, sonuncu olacağıq, 18-ci, 25-ci olacağıq. Tüpürək o yerə. (Murad Arif: “Onsuz da oluruq da”) Avroviziya bizə heçnə vermir, qalib olmadığın halda. Bütün müsabiqələr belədir. Məqsədimiz özümüzü nümayiş etdirməkdir. İnandırım ki, sizi 7-ci, 8-ci, 9-cu il, nəticədə musiqimizi tanıyacaqlar. Hardansa səsləndikdə, eşitdikdə, hə bu Azərbaycan mahnısıdır deyəcəklər. İstifadə edəcəkdik avropanın pulundan, efir imkanlarından, səhnəsindən və büdcəsindən məhz musiqimizin təbliği üçün. Mən bunun tərəfdarı idim. Nəticə mənim üçün önəmli deyil. Nəticə başqa yerlərdə lazımdır, burada yox.
Bu gün Azərbaycan musiqisi, popu haqqında sual versəm avropalılara, sənə birşey deyə biləcəklər? Yox, inanmıram. Mahnılarımız da, təmsilçilərimiz də yaxşı idi. Amma təsəvvür yaradılmadı. Mən dediyim olduğu halda, zurna, balaban ilə çıxırsan səhnəyə, demirəm ki, gedək muğam oxuyaq. Mahnımız yoğrulsun Azərbaycan musiqi ilə.
Birdəki burada maliyyə məsələsi həmişə gizli qalır. Dedi-qodu səviyyəsində deyirdilər ki, İsveç bəstəkarlara çox böyük ödənişlər edilirdi, xüsusən qalib gələn mahnı üçün. Əlbəttə, qalib gəldisə, heçnə demək olmur. Halal olsun deyə bilərik. Bu illər ərzində bu qədər pullar ödənildi. Məncə yerli bəstəkara o pulları verməzlər. Çünki, onu versələr danışacaq, deyəcəklər ki, mən bu qədər pul aldım. Onda da məsələ qalxacaq ki, bu qədər pulu niyə verirsən? Ondansa get, birdənə xəstəxana tik. (Murad Arif: “Problem bizim xarakterimizdədir”) Bəli, xarakterimizdədir. Bəlkə də, əsas o deyil. Amma vermirlər də, nə bilim. Hələ də bilmirəm, Avroviziyada bunlara qərar verən kimdir.
Sonuncu dəfə “Mata Hari”. Qız yazıq, yaxşı oxudu, mahnı da pis deyildi mahnı olaraq. Sadəcə mahnın orda “Mata Hari” olması və Mata Harinin fahişə olması bir qədər insanları qıcıqlandırdı.
Mən hələ əminəm ki, bir neçə il də bundan sonra bizə bilərəkdən aşağı xallar veriləcək müharibəyə görə. Buna hazır olmalıyıq. Yer məsələsini unutmalıyıq. Mən belə düşünürəm. O səhnəni təbliğat üçün istifadə etmək lazımdır.