AVROVİZİYA 2022 SƏHNƏSİNİN DETALLARI

Avroviziya 2022 mahnı müsabiqəsinin səhnə dizaynı təqdim edilib. Müsabiqədə azarkeşlər və ifaçılar klassik və eyni zamanda innovativ bir səhnəyə şahidlik edəcəklər. Bu ilki səhnə daha öncə 2013-cü ildə İtaliyanın məşhur Sanremo musiqi festivalının səhnə dizayneri olmuş italyan Francesca Montinaro tərəfindən hazırlanıb.

“’The Sun Within” (Günəşli) başlığı ilə yola çıxan dizayner səhnəni su ilə əhatə edəcək. Səhnənin ətrafında işıq saçan İtalyan bağı yerləşəcək. Möhtəşəm işıq effektlərinə və hərəkətlərə sahib olan mərkəzdə qurlaşdırılacaq xüsusi qurğu – günəş isə italyanları təmsil edəcək. O, italyanların yaradıcı, güclü və qonaqpərvər olmasını simvolizə edir. Günəşin daxilindəki yarımdairələrin bəziləri 360°, bəziləri isə 180° fırlana biləcək və daim hərəkətdə olacaq.

Dizayner öz təəssüratlarını bölüşüb:

“Səhnəni çərçivəyə salan su şəlaləsi bizi əhatə edən dənizi – mürəkkəb mədəniyyətimizin simvolunu, alleqorik şəkildə təmsil edir. Səhnə bizim yarımadamızdır. Haradan gəlməsindən asılı olmayaraq, hər bir iştirakçının qarşılandığı ölkədir.”

İfaçılar öz çıxışlarını bitirdikdən sonra inanılmaz təcrübələr bununla kifayətlənməyəcək deyə Francesca bildirib: 

“İfaçılar və komandaları, bitkilərin işıqlarla qarışdığı, gerçəklik və illüziya arasında asılı qalan, onları əyləncəli və arxitektural bir məkana salacaq İtalyan bağında qonaq olunacaqlar.”

Göründüyü kimi, ev sahibi ölkə iştirakçı ölkələrin səhnədən rahat və sərhədsiz istifadəsi üçün bütün resurslarını və yaradıcılığını ortaya qoyub. Kimin necə dəyərləndirəcəyi isə artıq komanda və səhnə direktorlarının düşüncələrindən aslı olacaq.

Leave a Reply