Hazırda 22 yaşı olan gənc ifaçı Nadir, 1999-cu ilin 8 iyulunda Salyan rayonunda dünyaya göz açıb. Azərbaycan Turizm Menecment Universitetində ali təhsil alıb. 4 ildir professional musiqi ilə məşğul olsa da, 7 ildir ki, bu sahədə işlər görür.
İfaçılıqla yanaşı bəstəkarlıq, piano və gitarada ifa, həmçinin, idmanla da məşğuldur.
Bir çox ölkədaxili müsabiqə və yarışmaların iştirakçısı olan Nadir, Tələbə Baharı 2019 ümumrespublika mahnı yarışmasının birincisi, YouthVision 2019 beynəlxalq mahnı müsabiqəsinin ikincisidir. Bundan başqa isə dünyaca qlobal “The Voice” vokal yarışması ”Səs Azərbaycan”-ın qalibi olmuşdur.