AYGÜN KAZIMOVA: MƏNİM ÜÇÜN AVROVİZİYA ÖLDÜ

Xəzər Tv-də yayımlanan “Şourum” verlişində qonaq olan pop diva, Xalq Artisti Aygün Kazımova Avroviziya mahnı müsabiqəsi barəsində danışıb.

Aygün xanım Avroviziya komandamızın tərkibində olaraq müsabiqə üçün iştirakçı hazırlamaq istədiyini vurğulayıb. Aparıcının ondan istədiyi ifaçı namizəd təklifinə isə: “Niyə ki, Natavan getməsin? Natavan çox gözəl təmsil edə bilər. Gənc müğənniləri hazırlaşdırırlar və onlar belə möhtəşəm çıxış edirlərsə, gör indi illərin peşəkarı… Məncə bu barədə düşünməyə dəyər, hər zaman gənc müğənniləri gönədirik. Əslində mənim Avroviziyaya getmək həvəsim artıq dəyişdi. Daha öldü, belə deyim. Çünki illərlə mən bunu çox istədim, arzuladım. O arzum artıq öldü mənim. Amma dediyim kimi bizim əməkdar artistlər arasında, elə xalq artistləri arasında çox gözəl peşəkarlar var. Məsələn, İlqar Xəyal çox gözəl performans göstərə bilər. Öz falsetiylə.” deyə Kazımova bildirib.

YouTube player

Natavan Həbibi

YouTube player
İlqar Xəyal

Leave a Reply