SONA ƏZİZOVA: PARİSDƏ OLARKƏN PRODÜSERLİK ÜÇÜN TƏKLİF ALDIM – MÜSAHİBƏ

Ölkəmizi 19-cu Uşaq Avroviziya mahnı müsabiqəsində təmsil edən Sona Əzizova ilə onlayn müsahibəmiz baş tutdu. Müsahibəni sizə təqdim edirik:

-Salam, Sona. Necəsən?

Çox sağ olun, yaxşı. Siz necəsiz?

-Təşəkkür edirik. Sona, bu gün sənə bir neçə sualımız olacaq, hazırsansa, başlayaq.

Başlayaq.

-Ölkəmiz 3 il fasilədən sonra müsabiqəyə qayıtdı. Parisdə Azərbaycanı təmsil etmək necə bir hiss idi?

-Təbii ki, böyük bir məsuliyyət idi. Bacardığım qədər üzərimə düşəni etməyə çalışdım. Xarici media nümayəndələri və azarkeşlər diqqətlə izləyib, qulaq asırdılar, müsahibə götürmək istəyirdilər.

-Təxminən 1 ay öncə Parisdə ölkəmizi təmsil etdin. O günkü çıxışdan sonra həyatında nə kimi dəyişikliklər baş verdi? İzləyicilərdən əlavə məşhurlardan, hər hansı musiqiçilər yaxud musiqi şirkətlərindən təkliflər gəldimi?

-Hər şeydən əvvəl özümə güvənim daha da artdı. Həmişə ətrafımdakı insanlar ifam və səsim haqqında gözəl sözlər deyirdilər. Bu dəfə bu sözləri mən Avropalı mütəxəssislərdən, azarkeşlərdən eşitdim. Çox sevinirəm ki, çıxışımla yaddaşlarda qala bildim. Parisdə olarkən prodüserlik üçün təklif gəldi, amma düşünürük bu haqda.

-Mahnı ilkin versiyasından bir qədər fərqli versiyada səsləndi səhnədə. Bu kimin ideası idi və səbəb nə idi?

-Fikir nümayəndə heyətinin birgə qərarı idi. Düşündük ki, bir qədər dəyişiklik etsək, maraqlı alına bilər.

YouTube player
Sona Əzizovanın müsabiqədəki çıxışı.

Nəticələr haqqında nə düşünürsən?

-Nəticə haqqında nə deyə bilərəm. Jüri səsverməsi mənim üçün daha böyük əhəmiyyət kəsb edir, çünki orada peşəkar mütəxəssislər xal verir.

Bəs öz nəticənlə bağlı nə deyə bilərsən? Səncə 5-ci yerə layiq idik?

-Məni sevindirən məqamlardan biri o idi ki, İtaliyadan 12 xal aldıq. Bu çox qürurverici oldu. Mənim bu haqda fikir bildirməyim düzgün olmaz. İzləyicilər daha yaxşı deyə bilər, layiq idik, ya yox.

-Səhnə dizaynı və geyimin haqqında bizə biraz danışmağını istərdik. Hər zaman olduğu kimi bu il də yetərincə müzakirə olunan 2 mövzu idi. Dizaynlar kimə məxsus idi?

-Səhnə dizaynı və geyim əlbəttə ki nümayəndə heyətinin ortaq qərarı idi. Geyimim dünyaca məşhur Azərbaycanlı dizayner Rüfət İsmayıl tərəfindən ərsəyə gəlib. Bizim əsas məqsədimiz səsi ön plana çəkmək idi.

YouTube player
Sona Əzizova kimdir?

-Son sualım gələcək planlarınla bağlıdır. Hər hansı yeni mahnı və ya albom görəcəyik yaxın müddətdə?

-Üzərində işlədiyimiz bir mahnı var. Hər şey yaxşı olsa, yaxın gələcəkdə eşidəcəksiz.

-Sona, biz sənin səhnədəki sərbəstliyin, özünə inamın və mükəmməl vokal imkanına vurulduq. Növbəti illərdə səni böyüklərin Avroviziya mahnı müsabiqəsində görməyi ümid edirik. Gələcək kariyeranda sənə uğurlar diləyir və yeni işlərini səbrsizliklə gözləyirik. Uğurlar! Müsahibə üçün təşəkkürlər.

-Mən təşəkkür edirəm, sağ olun!

Müsahibənin sonu.

Qeyd edək ki, 19 Dekabr 2021 tarixində baş tutan müsabiqədə ölkəmizi Sona Əzizova “One of Those Days” adlı mahnı ilə təmsil edərək 151 xal ilə 5-ci olmuşdur. Müsabiqə qaydalarına əsasən səsvermənin 50%-ni iştirak edən 19 ölkənin münsifi, digər 50%-ni isə onlayn şəkildə verilmiş izləyici səsləri təşkil edib. Böyüklər üçün nəzərdə tutulan Avroviziyadan fərqli olaraq uşaqlar üçün baş tutan bu müsabiqədə hər bir ölkə öz təmsilçisinə yaşadığı yerdən asılı olmayaraq ödənişsiz şəkildə onlayn qaydada səsvermə hüququna malik idi. Azərbaycan münsiflərin vermiş olduğu səslərə görə 19 ölkə arasında 4-cü olduğu halda, izləyicilərin vermiş olduğu səslərə görə 14-cü olmuşdur. Ümumi səslərin cəminə görə isə ölkəmiz müsabiqəni 5-ci pillədə başa vurub.

YouTube player
Sonanın canlı çıxışına reaksiya videomuz.
%d bloggers like this: