AZƏRBAYCAN 2-Cİ YARIMFİNALDA ÇIXIŞ EDƏCƏK – AVROVİZİYA 2022

Bu gün İtaliyanın Turin şəhərində yerləşən “Madama Palace” zalında Avroviziya 2022 mahnı müsabiqəsinin yarımfinal püşkatma mərasimi və ev sahibi təhvili baş tutub.

Mərasimin aparıcıları Carolina di Domenico və Mario Acamp olub. Ev sahibi təhvili üçün isə Rotterdam şəhər meri Ahmed Aboutaleb ilə Turin şəhər meri Stefano Lo Russo tədbirdə iştirak edib.

Palazzo Madama e Casaforte degli Acaja, Turin

Bildiyiniz kimi bu il 41 ölkə müsabiqədə iştirak edəcəkdir ki, bunlardan ev sahibi ölkə daxil olmaqla “Big 5” ölkə (İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya) müsabiqə qaydalarına əsasən birbaşa finalda yarışacaqdır.

Digər iştirakçı 36 ölkənin isə bu gün baş tutan püşkatmada hansı yarımfinalda yer alacağına aydınlıq gətirilib.

Püşkatma mərasimində hərəsində 6 ölkə olmaqla 6 torba təyin olunmuşdur və bölgü bu şəkildədir:

Torba 1
• Albaniya
• Xorvatiya
• Monteneqro
• Şimali Makedoniya
• Serbiya
• Sloveniya


Torba 2
• Danimarka
• Avstraliya
• Finlandiya
• İslandiya
• Norveç
• İsveç


Torba 3
• Azərbaycan
• Ermənistan
• Gürcüstan
• İsrail
• Rusiya
• Ukrayna


Torba 4
• Kipr
• Yunanistan
• Malta
• Bolqarıstan
• Portuqaliya
• San Marino


Torba 5
• Estoniya
• Litva
• Latviya
• Moldova
• Polşa
• Rumıniya


Torba 6
• Avstrya
• Belçika
• İsveçrə
• Çexiya
• İrlandiya
• Niderland

YouTube player

Püşkatma nəticələrinə əsasən ilk yarımfinalda yarışacaq ölkələr:

Şounun ilk hissəsində:

  • Albaniya, Latviya, İsveçrə, Sloveniya, Bolqarıstan, Moldova, Ukrayna, Litva, Niderland

Şounun ikinci hissəsində:

  • Norveç, Rusiya, Portuqaliya, Danimarka, Ermənistan, Avstriya, Xorvatiya, İslandiya, Yunanıstan

İkinci yarımfinalda yarışacaq ölkələr:

Şounun ilk hissəsində:

  • Avstraliya, Gürcüstan, Kipr, Serbiya, Finlandiya, Azərbaycan, San Marino, İsrail, Malta

Şounun ikinci hissəsində:

  • Monteneqro, Rumıniya, Çexiya, Polşa, Belçika, Şimali Makedoniya, İsveç, Estoniya, İrlandiya

Böyük beşlikdə yer alan ölkələrin səsvermə hüququ aşağıdakı şəkildə olacaq:

Birləşmiş Krallıq – Yarımfinal 2
Fransa – Yarımfinal 1
İtaliya – Yarımfinal 1
İspaniya – Yarımfinal 2
Almaniya – Yarımfinal 2

Nəzərə çatdıraq ki, Azərbaycan bugünədək 2021, 2018, 2017, 2016, 2014, 2013, 2011 və 2008-ci illərdə müsabiqənin ilk yarımfinalında, 2019, 2015, 2010 və 2009-cu illərində isə müsabiqənin ikinci yarımfinalında mübarizə aparıb.

YouTube player
Avroviziya 2012 – Bakı, Buta sarayı, yarımfinal püşkatma mərasimi.

Leave a Reply