KİRKOROV AVROVİZİYADA AZƏRBAYCANLA ÇALIŞACAQ?

Filip Kirkorov ötən həftə müsahibəsində Avroviziya 2022 müsabiqəsi üçün bir müğənni hazırladığını açıqlayıb.

Müğənninin cinsini və hansı ölkəni təmsil edəcəyini açıqlamayan Kirkorov mahnının artıq hazır olduğunu da elan edib.

“Fikirləşirəm ki, seçimim sizi məyus etməyəcək” deyən müğənni daha ətraflı məlumatın iki həftə sonra bildiriləcəyini də əlavə edib.

Rusiya mediyası son zamanlar Kirkorovun tez-tez Klava Koka ilə bir yerdə görünməsini əsas gətirərək həmin müğənninin məhz Klava olduğunu iddia edir.

Qeyd edək ki, Kirkorov ilin əvvəlində Rusiyada yaşayan həmyerlimiz Jony ilə birlikdə işləyərək Avroviziyada Azərbaycan adına müsabiqəyə qoşulmaq istədiyini söyləmiş, Jony isə müsabiqədə iştirakdan imtina etdiyini açıqlamışdı.

Bugünədək 2 dəfə Azərbaycan (2013, 2018) ilə müsabiqəyə qoşulan Kirkorovun təkrar birlikdə çalışması isə ehtimallar arasındadır.

YouTube player

Leave a Reply