Nümayəndə heyyətindən aldığımız məlumata əsasən ölkəmizi Uşaq Avroviziya 2021 mahnı müsabiqəsində təmsil edəcək Sona Əzizova üçün mahnı seçimi prosesi hazırda davam edir.
Hazırda seçim prosesinin son mərhələsidir və Sona üçün göndərilmiş mahnılar “Focus Group” tərəfindən bir neçə gün ərzində incələnərək seçiləcək.
Qeyd edək ki, “Focus Group” bundan öncə ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil etmiş mahnıların da seçilməsinin səbəbkarı olmuş xüsusi ekspertlərdən ibarət bir qrumdur. İştirak edən mütəxəssislər səsvermə əsasında seçilmiş mahnılara səs verir və ən çox səs toplamış mahnı ölkə təmsilçisinə təqdim edilir.
1 Response
[…] Source: İctimai Television | Source: 12xal […]