Bir neçə ay sonra Fransanın paytaxtı Paris şəhərində Uşaq Avroviziya 2021 mahnı müsabiqəsi baş tutacaq. Müsabiqədə 19 ölkə iştirak edəcək:
🇦🇱 Albaniya;
🇩🇪 Almaniya;
🇦🇿 Azərbaycan;
🇧🇬 Bolqarıstan;
🇦🇲 Ermənistan
🇫🇷 Fransa;
🇬🇪 Gürcüstan;
🇮🇪 İrlandiya;
🇪🇸 İspaniya;
🇮🇹 İtaliya;
🇲🇹 Malta;
🇳🇱 Niderland;
🇲🇰 Şimali Makedoniya;
🇵🇱 Polşa;
🇵🇹 Portuqaliya;
🇷🇺 Rusiya;
🇷🇸 Serbiya;
🇺🇦 Ukrayna.
Keçən il iştirak edə bilməyən ölkələrdən Albaniya, Ermənistan,İrlandiya,İtaliya, Şimali Maledoniya və Portuqaliya bu il müsabiqəyə geri dönüb.
Azərbaycan isə 2018-ci ildən sonra ilk dəfə geri dönüb. Ölkəmizo Sona Əzizova təmsil edəcək. Mahnı seçimləri hələ də davam etməkdədir. Bu il iştirakını təsdiq edən Bolqarıstan isə sonuncu dəfə 2016-cı ildə iştirak etmişdi.
Qeyd edək ki, keçən il iştirakçı sayı 12 olmuşdu. Rekord iştirakçı sayı isə Belarusda keçirilən müsabiqədə 20 olmuşdur. Belarus AYB-dən kənarlaşdırıldığı üçün nə Uşaq Avroviziyada nə də Avroviziya müsabiqəsində iştirak edə biləcək.
Əlavə olaraq onu deyək ki, bu il müsabiqə 19 dekabr tarixində Parisdə “La Seine Musicale” arenasında baş tutacaq.
