“MELODIFESTIVALEN” TURU

“Melodifestivalen”in prodüseri Karin Gunnarson 2022-ci ildə baş tutacaq müsabiqə çərçivəsində İsveçi turlamağı planlaşdırdıqlarını bildirib.

Belə ki, müsabiqənin 2022-ci ilin qış aylarında ekranlara qayıtması nəzərdə tutulub. “Sveriges” radiosuna olan müsahibəsində Gunnarson “Hazırda 2022-ci il üçün tur planlaşdırırıq, lakin pandemiyanın bu tura icazə verəcəyi və ya canlı auditoriya qarşısında baş tuta biləcəyi sual altındadır” deyə bildirib. Gunnarson, Melodifestivalen üçün İsveç dilində təqdim olunan mahnıların sayında artımın müşahidə olunacağını da əlavə edib. Son illərdə İsveç dilində olan mahnı təqdimatlarının sayının artdığını və Clara Klingenström və ya “Mustach” və “Lillasyster” kimi rok qruplarının müvəffəqiyyətinin bu tendensiyanı davam etdirməli olduğunu söyləyib.

Qeyd edək ki, “Melodifestivalen” 2021-ci ildə ənənəvi olaraq Heats və Andra Chansen sırasında ölkəni turladıqdan sonra Stokolma qayıdaraq Annexet də keçirilmişdir.

Leave a Reply